• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 28.08.2017 22:12

Gədəbəydə avtoxuliqanlar həbs olundu

KepezTV Player

Polisin qanuni tələbinə əməl etməyənlər elə qanun çərçivəsində də cəzalandırılıblar. Gədəbəydə gənclər rayon ərazisində yol polisinin tələbinə tabe olmadığı üçün həbs ediliblər. Bir neçə gün öncə polislə əlbəyaxa olmaqdan belə çəkinməyən gənclər dəmir barmaqlıqlar arxasında düşdükdən sonra əməllərini xatırlamadıqlarını deyirlər. 

Görüntülər avqust ayının 25-də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı ilə Gədəbəy rayon Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdiyi reyddə qeydə alınıb. Həmin vaxt yol polislərinin qanuni tələblərini yerinə yetirməyən sürücü, Söyüdlü kənd sakini Samir Ələkbərov və onun sərnişini Gədəbəy şəhər sakini Pənah Bayramlı asayiş keşikçilərini təhqir etməkdən belə çəkinmədilər. Hadisədən sonra ərazini tərk edən hər iki şəxs məsuliyytədən yayınmağa çalışıblar. Ancaq  Gədəbəy rayon polis şöbəsi əməkdaşlarının keçiridikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılan gənclər cəzadan yaxa qurtara bilməyiblər.

Seymur Quliyev - Gədəbəy Rayon DYP bölməsinin rəisi: “Gədəbəy şəhər sakini Bayramlı Pənah Ramiz oğlu və Ələkbərov Samir Fərhad oğlu sonuncuya məxsus “Toyota” Prado markalı 99 FN 962 dövlət nömrə nişanlı avtomobillə polisin qanuni tələbinə əməl etməyərək, tədbir yerindən yayınıblar. Sonradan həmin şəxslər saxlanılaraq, barələrində rayon məhkəməsinin qərarı ilə 30 gün müddətinə inzibati qaydada tədbir görülüb”.

Saxlanılan Pənah Bayramlı həmin gün yaxın qohumunun toy məclisində xeyli miqdarda spirtli içki qəbul etdiyini etiraf edib. Sərxoş olduğundan baş verənləri yaxşı xatırlamayan gənc peşmançılığını da gizlətməyib.

Pənah Bayramlı - saxlanılan şəxs: Mən toyda içmişdim. Bilmirəm necə oldu bu hadisə baş verdi. Əməlimdən çox peşmanam.

Sürücü Samir Ələkbərov isə hadisə vaxtı sərxoş olmadığını deyib. Ələkbərov sadəcə əsəblərini cilovlaya bilmədiyini və bu səbəbdən də arzulamadığı hadisə ilə qarşılaşdığını qeyd edib.

Samir Ələkbərov saxlanılan şəxs: “Mən ayıq olmuşam. Sadəcə bir anlıq əsəbləşdim. İstəmədən oldu, çox peşmanam”.

İçkinin və əsəbin toruna düşən hər iki şəxsin sonrakı peşmançılığı isə faydasız olub.

 

Natiq Hüseyn