KepezTV Player
Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi meşələrə qanunsuz müdaxilələrin qarşısını almaq üçün əraziyə nəzarəti gücləndirib. Bu məqsədlə meşə massivinin yaşayış məntəqələrinə yaxın ərazilərinə çəpər çəkilir. Bununla da ətraf kəndlərdə saxlanılan mal-qaranın mühafizə olunan meşə ərazisinə girməsinin qarşısı alınır. 4 kilometrdən artıq çəpərə alınan meşə ərazisinə yeni tinglər basdırılacaq. Mühafizə tədbirləri çərçivəsində cari il ərzində idarə tərəfindən qanunsuz ağac kəsimi ilə bağlı 20 fakt aşkar edilib. Xatırladaq ki, 11 min 496 hektar ərazini əhatə edən Göygöl və Hacıkənd meşəliyi turistlərin daha çox üz tutduğu məkanlardandır. Buna görə də məhz bu ərazidə meşələrin qorunması xüsusi əhəmiyyət daşıyır.
Elton Cabbarlı
- Baxış: 560