KepezTV Player
AFFA-nın vəsaiti hesabına dəyişdirilən ot örtüyünə texniki işçilər tərəfindən gündəlik baxış və qulluq olunur. Qazona vaxtaşırı gübrə və dərmanlar verilir. Toxumların cücərməsi üçün lazım olan şərait – suyun, temperaturun və havanın rolu mütəxəssislər tərəfindən əvvəlcədən nəzərə alındığından işlər gözlənildiyi kimi gedir. Meydançada işləri həyata keçirən SİS şirkətindən verilən məlumata görə, səpilən bütün toxumların cücərməsi və qazonun yaşıllaşması tədricən davam edəcək. Gələn ayın əvvəlində isə meydançaya ikinci növ toxum əkiləcək.
Azad Rəfi
- Baxış: 1472