Ötən gün Ağstafada güclü yanğın olub. Dağ Kəsəmən kəndindəki evlərin birində başlayan qəfil alov tezliklə ona bitişik 5 evə keçib. Əraziyə FHN-nin Qazax və Ağstafa rayonlarından olan Yanğından Mühafizə Briqadaları və 5 yanğınsöndürən texnika cəlb olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində Natiq Əmirov, Elşad Hüseynov, Xıdır İsmayılov, Elsevər Məmmədov və İdris Qədiməliyevə məxsus evlərdən üçünün yanar konstruksiyaları tamamilə yanıb, digər ikisinə isə xeyli ziyan dəyib. Əməliyyat zamanı Ağstafa Yanğından Mühafizə Hissəsinin Manqa komandiri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti normaldır. Məlumata görə, yanğın baş verən zaman evlərdə yaşayanlar toy məclisində olublar. Hadisənin təfərrüatları araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 280