KepezTV Player
Göyçayda 12 yaşlı qızı avtomobil vurub. Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili yolu keçən piyada - Göyçay şəhər sakini 2005-ci il təvəllüdlü Nərminə Kuyeyevanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin sözlərinə görə hazırda onun vəziyyəti orta-ağırdır. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi araşdırmaya başlayıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 586