• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2371
— 17.08.2017 22:09

Motosikletin sürücüsü yaralandı

KepezTV Player

Cənub bölgəsində daha bir qəza Lənkəranda qeydə alınıb. Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində Astara rayon Maşxan kənd sakini 31 yaşlı Ramin Mirzəyevin sürdüyü "Mercedes” markalı maşınla, Lənkəranın Gərmətük kənd sakini 23 yaşlı  İlkin Axundzadənin idarə etdiyi, yüklə dolu motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü xəsarət alıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.