• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1310
— 13.08.2017 23:54

Tovuzda qadın qeysəriyə əməliyatından 10 gün sonra ölüb

Tovuz rayonunda qeysəriyyə əməliyatından sonra komaya düşən qadın dünyasını dəyişib. Rayonun Yanıqlı kənd sakini 29 yaşlı  Oksana Əliyeva 10 gün əvvəl keysəriyə əməliyatından sonra dünyaya oğlan uşağı gətirib. Komaya düşən qadını əməliyyatdan sonra Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Ona burada tibbi yardım göstəilsədə bu gün axşam saatlarında Oksana Əliyeva dünyasını dəyişib. Qadının sağ qalan övladı isə Gəncə şəhərində ki, xəstəxanalardan birinə aparılıb. Bu Oksana Əliyevanın 2-ci övladıu olub. Bundan əvvəlki hamiləliyində də o bir oğul uşağı dünyaya gətirib.Faktla bağlı araşdırma aparılır.

 

Elnur Vahidoğlu