KepezTV Player
Bakıda ticarət mərkəzində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 175 m2 olan mansard tipli tikinti materiallarının satışı mağazasının dam örtüyü və mansardı 168 m2 sahədə yanıb. Ora bitişik ümumi sahəsi 96 m2 olan çay evinin damı və mansardı da zərər görüb. Mağazanın qalan hissəsi və digər bitişik mağazalar alovdan mühafizə olunub. Yanğın tamamilə söndürülüb. Hadisənin səbəbləri araşdırılır.
Vüsalə Camal
- Baxış: 356