KepezTV Player
Ucarda da atmosferi normadan artıq dəm qazı ilə çirkləndirən nəqliyyat vasitələrinə qarşı reyd keçirilib. Rayon Yol Polisi Bölməsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə təşkil etdiyi reyd zamanı 40-a yaxın avtomobil saxlanılıb. 30-a yaxın sürücüyə inzibati protokol tətbiq olunub. İnzibati protokollar əsasən atmosferi ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirən avtomobil sahiblərinə, təhlükəsizlik kəmərindən istifadə etməyənlərə, nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdıranlara, sürücülük hüququ olmadan avtomobil idarə edənlərə tətbiq olunub.
Vüsalə Camal
- Baxış: 305