Son 2 gündə 11 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib. İsti havalarda dənizə üz tutanların sayının artması boğulma təhlükəsi ilə üzləşənlərin statistikasına da təsir edib.
Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, dəniz mövsümü başlayandan 154 nəfər suda boğulma təhlükəsindən xilas edilib. Bunların 107-si çimmək üçün icazəli ərazilərdə qeydə alınıb. Xəbərdalıq edilməsinə baxmaraq, qadağan olunan ərazilərdə çimən 47-i nəfəri də xilasedicilər qurtarıb.
Havanın tempertaturunun 40 dərəcədən yüksək olması günvurma hallarının da artmasına səbəb olub. Təkcə son iki gündə 11 nəfər təcili yardıma müraciət edib ki, bunlardan 4-ü xəstəxanalara yerləşdirilib .
Mütəxəssislər deyirlər ki, günvurma uzun müddət günəş altında qaldıqda baş verir. Hadisədən qorunmaq üçün diqqət edilməli bir sıra nüanslar var.
Həkim müdaxiləsinə qədər günvurmaya məruz qalan şəxsə ilk tibbi yardımın göstərilməsi vacibdi. Xəstə sərin və kölgə yerə aparılmalı və üst geyimindən azad edilməlidi. Huşunu itirdiyi halda xəstəyə naşatır spirti iylətmək və yuxarı tənəffüs yollarını təmizləmək lazımdır.
Vüsalə Camal
- Baxış: 330