Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Püşk nıticəsində ilk dəfə bu mərhələdə təmsil olunan Azərbaycanın çempionu “Qarabağ”ın da rəqibi bilinib. Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin qrupuna vəsiqə uğrunda Danimarka “Kopenhagen”i ilə mübarizə aparacaq. Təmsilçimiz ilk oyunu evdə keçirəcək. Pley-off mərhələsinin ilk görüşləri avqustun 15-16-da, cavab qarşılaşmaları isə ayın 22-23-də baş tutacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar yolu
“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka)
APOEL (Kipr) - “Slaviya” (Çexiya)
“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)
“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan)
“Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya)
Liqa yolu
“Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya)
“Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya)
“Napoli” (İtaliya) - “Nitsa” (Fransa)
“Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə)
“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya)
Orxan Cəfərzadə
- Baxış: 343