Ötən ay respublika ərazisində 517 ədəd Partlamamış Hərbi Sursat , 1 ədəd tank əleyhinə və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən verilən məlumata görə, əməliyyatlarda 516 nəfər əməliyyat heyəti və 135 nəfər inzibati heyət iştirak edib. Həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it cəlb olunub. İyul ayı ərzində təcili və təxirəsalınmaz əməliyyatlar üzrə 102 Xidməti Zəng Mərkəzindən 4 müraciət, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 4 müraciət və 102 Xidməti Zəng Mərkəzi ilə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən birgə 2 müraciət daxil olub. Müraciətlərin əsasında 61 ədəd PHS, 1 ədəd tank əleyhinə və 1 ədəd piyada əleyhinə mina aşkar edilib, yerli əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə daşınaraq zərərsizləşdirilib. Ay ərzində ANAMA tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Füzuli, Xocavənd, Ağstafa, Cəbrayıl, Bərdə, Gəncə, Tərtər, Qazax, Şəmkir və Lənkəran rayonlarında, eləcə də Bakı şəhərində həyata keçirilib.
Vüsalə Camal
- Baxış: 623