• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1527
— 03.08.2017 15:58

Attraksion göydə qalarsa?

KepezTV Player

 Bir neçə gün əvvəl sosial şəbəkələrdə atraksionlardan birində təhlükəli anlar yaşanması əyləncə qurğularının istismar vəziyyəti yenidən gündəmə gəlib. Ölkə Xəbər Gəncədəki atraksionların texniki vəziyyəti ilə maraqlanıb.

Gəncə attraksionları səhər saat 9-dan 11 qədər istifadəçilərin üzünə bağlıdır. Bu zaman ərzində qurğular texniki baxışdan keçir. Avtoralli kimi tələbat olan attraksionların yoxlanışı daha çox vaxt aparır.

Əsas texniki baxışı tələb edən təkər hissəsidir. Bunda rezin hissə yeyilərsə, dəmirə elektrik keçərsə, təhlükə yaranar. 20-30% yeyilmə olanda təkəri dəyişirik.

 Hamı “Qalaktika”nın üst hissəsini görür. 30 ton çəkisi olan bu mürəkkəb qurğunun alt hissəsindən çoxları xəbərsizdir.

Vaqif İsgəndərzadə - mexanik: “Digərlərinə baxanda bunun işi çoxdur, bərkidilmələri də, məsuliyyəti də. Əsas, ürəyini təşkil edən nasosdur. 260 bar vurur. Mühərriki o işə salır. 2,5 ildir işlədirik, ildə iki dəfə şlanqları dəyişmişik. Yağın səviyyəsini, elektromaqnit klapanı, fırçaları yoxlayırıq. Hətta gözə görünməyən boltlar var, onlar hamısı bərkidilir. İçərisində mühərrik var, onun remeni dəyişilir”.

 Texniki baxışdan keçən attraksion boş halda işə salınır, hər şeyin qaydasında getdiyinə əmin olduqdan sonra istifadəyə verilir. Lazım gəlsə, təhlükə yaranarsa, necə müdaxilə edirsiz? - Təcilli surətdə endiririk. Avtomat düyməsi var, işə salan kimi yavaş yavaş enməyə başlayır.

Tələbat daha çox “Ətrafa baxış” attraksionunadır. Hündürlüyü 50 metrdir, buradan şəhərin bütün hissəsi görünür. Bu qurğuda da fors major halları ola bilir. Elektrik enerjisinin kəsilməsi kimi…Hazırda enerji kəsildi və mən müəyyən yüksəklikdə qaldım. Panikaya ehtiyac yoxdur, belə hallarda operatorlar əl üsulu ilə bütün sərnişinləri azad edirlər.

Qeyd olunur ki, spritli içki qəbul edən, hamilələr, 10 yaşa qədər uşaqlar ekstrimal atraksionlardan istifadə edə bilməz. - Valideyn uşağın yaşıyla bağlı operatoru çaşdırarsa necə? - Bunu da düşünmüşük, boy ölçən lövhələrimiz var, ölçürük, 120 sm qədər olan uşaqları buraxmırıq. Bilirsiz, problem yarananda dayandırılmasını tələb edirlər. 30 tonluq qurğular 30 saniyəyə dayana bilməz. Çox şükür, heç bir xoşagəlməz hadisə yaşanmayıb, dünya praktikasında olduğu kimi sığorta ödənişi var. Amma indiyə qədər istifadə edilməyib.

 Gəncədə müxtəlif ərazilərdə 50 yaxın attraksion var. Qurğular hər ay Fövqəladə Hallar Nazirliyinin attraksionlara nəzarət şöbəsi tərəfindən də yoxlanılır.

 

Xəyalə Mürsəl