• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 31.07.2017 19:40

6 günlük körpəni su quyusuna atdılar

KepezTV Player

Lənkəranın Darquba kəndində baş verənlər də qan dondurur. Həyata yenicə gözünü açmış körpəyə necə və nə səbəbə qıymaq olar. Axı o məsumun heç bir günahı yoxdur. Polis 6 günlük körpəni su quyusuna kimin atması ilə bağlı araşdırmaları davam etdirir.

İyulun 29-da öldürülən Mələk Şaiq qızı Nurullayevanın valideynləri lənkəranlı olsalar da Bakı şəhərində yaşayıblar. Lənkərana körpənin altıaxşam məclisini qeyd etmək üçün rayona gəliblər. Hadisə baş verən gecə evdə körpənin atası Şaiq Nurullayev, anası Valiyə Nurullayeva, nənəsi Atifə Nurullayeva və 10-a yaxın digər yaxın qohumlar olublar. Səhər saat 5 radələrində anası tərəfindən yedizdirildikdən sonra yuxuya gedən Mələk iki saatadan sonra yatdığı yerdən yoxa çıxıb.Yuxudan oyanan Ana uşağı yerində görmədikdə qohumlarla birlikdə onu axtarmağa başlayıblar.  6 günlük Mələyin cansız bənəni səhər saatlarında gördüyünüz bu su quyusundan yaxınları tərəfindən aşkarlanıb. Quyunun da təxmini dərinliyi 5-6 metr təşkil edir.

Ailə üzüvləri 6 günlük körpəni üstü taxta və daşla bağlı olan su quyusunda tapdıqdan sonra dərhal Lənkəran şəhər polis şöbəsinə məlumat veriblər. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları quyudan cıxarılımış meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil veriblər. Öldürülən körpə ailənin ikinci qız uşağı olub. Ailənin ilk övladı da 4 yaşında qız uşağı var. İndi hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

 

Vüsalə Camal