![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/q%C9%99b%C9%99l%C9%99.jpg?itok=qmDWFQBR)
Turnirdə yeganə təmsilçimiz olan əyalət təmsilçisi qitənin ikinci klub turnirində səfərdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşıb.
Görüşün taleyini bir qol həll edib. Birinci hissədə penalti zərbəsini dəqiq yerinə yetirən yunanlar 1:0 hesablı qələbə qazanıblar.
Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
27 iyul
“Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) - 1:0
Qol Qilyerme Molins, 36-pen
Baş hakim: Xuan Martinez Munuera (İspaniya)
Afina. “Apostolos Nikolaidis” stadionu
ORXAN CƏFƏRZADƏ
- Baxış: 356