• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 809
— 27.07.2017 18:42

Qapının şüşə olduğunu fərq etmədi, canından oldu

KepezTV Player

Dərman almaq istəyən şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Hadisə Lənkəran şəhərində yerləşən apteklərin birində baş verib. Şovu kənd sakini Habil Zahidov lay şüşədən olan və üzərində heç bir işarəsi olmayan qapıya yaxınlaşıb, qapının açıq olduğunu zənn edərək içəri girmək istəyib. Bu zaman qapı şüşəsi qırılıb onun üstünə tökülüb. Nəticədə şüşə Habil Zahidovun şah damarını kəsib və bədəninin müxtəlif nayihələrinə xəsarət yetirib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı orada dünyasını dəyişib.

 

Vüsalə Camal