KepezTV Player
42 kq-da Tofiq Əliyev və 58 kq çəkidə Turan Bayramov qitə yarışında fərqləniblər. Milli komandanın heyətində güləşən hər iki pəhləvan sərbəst güləş yarışlarında fəxri kürsüdə yer alıblar. Cənubi Avropa ölkəsində ən yaxşı nəticəyə Tofiq Əliyev imza atıb. Əliyev finala qədər irəliləyə bilsə də, həlledici görüşdə məğlub olaraq gümüş medala layiq görülüb. Turan Bayramov isə yarışı bürünc mükafatla başa vurub. Ümumilikdə sərbəst güləşçilərimiz Avropa birinciliyini 3 gümüş və 1 bürünc medalla tamamlayaraq komanda hesabında ikinci olublar.
Orxan Cəfərzadə
- Baxış: 710