• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1628
— 24.07.2017 17:57

50-yə yaxın sürücü inzibati məsuliyyətə cəlb

Cəlilabadda yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə yol polisi əməkdaşları reyd keçiriblər. Rayonun mərkəzində təşkil olunan reyddə təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, eləcə də sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər saxlanaraq barələrində inzibati pratokol tərtib olunub. Bəzi sürücülər avtomobillərinin cərimə meydançasına aparılmasına etiraz edərək, yol polisi ilə mübahisə də ediblər. Gün ərzində davam edən reyddə 50-ə yaxın sürücü barəsində inzibati protokol tərtib olunub. Daha sonra reyd Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hisssəsində davam etdirilib.

 

Vüsalə Camal