KepezTV Player
Ötən ilin payızından təmirə dayanan tibb ocağı müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. 50 çarpayılıq xəstəxana 14 palata, 2 əməliyyat otağı, 4 sanitar qovşağı, laboratoriyadan ibarətdir. 54 nəfərlik personalı olan səhiyyə müəssisəsində stomotoloji kabinet və “Diabet məktəbi” də fəaliyyət göstərir. Endokrinoloji xəstəxanaya hər il Gəncə və ətraf rayonlardan 400-dək xəstə daxil olur, 40-dək cərrahi əməliyyat aparılır. Hazırda Gəncədə 11 mindən çox şəkər xəstəsi qeydiyyatdadır.
- Baxış: 625