Artıq tekstil sahəsinin inkişafı üçün yeni yanaşma tətbiq olunacaq. Bununla məhsulun maya dəyərinin aşağı salınması və bu sahə üzrə savadlı mütəxəssilərin hazırlanması prosesi başlayacaq. Xüsusilə regionlarda aparılan araşdırmalar və tekstilçilərin çətinliklərinin həlli yeni yaradılan Tekstil məhsullarının istehsalçıları və ixracatçıları Assosasiyasının əsas hədəfidir.
Assosasiya yeni təşkil olunduğu üçün hələ üzvlərin seçilməsi prosesi gedir. Xüsusilə regionlarda tekstil sahəsində çalışanların bir birlik altında cəmləşməsi üçün bu əla fürsətdir.
Pərvanə İsgəndərova Tekstil məhsullarının istehsalçıları və ixracatçıları Assosiasiyasının idarə heyətinin üzvü: Assosasiya təkcə böyük şirkətlər və müəssisələrin birliyi demək deyil. Biz çalışacıq ki, assosasiyanın tərkibinə eyni zamanda regionlarda araşdırmalar aparaq. Və regionlarda tekstil sahəsində məşğul olan orta və kiçik sahibkarları assosasiyaya cəlb edək. Onların iş prinsiplərinin araşdırmalarını aparaq. Qarşılarına çıxan maneələrin həllində onlara köməklik etməyə çalışacıq)</span>).<br>(<span style="color:red">(K/A)</span>) Assosasiyanın əsas məqədlərindən biri də istehsal olunan məhsulun maya dəyərinin aşağı salınması üçün çalışmaqdır. Hazırda yerli bazarda əsasən xarici ölkələrdən gətirilən geyim məhsulları üstünlük təşkil edir. Yerli brendlərin isə xammalarının əksəriyyəti xaricdən gətirilir. Bu da məhsulun maya dəyərinə təsir edir. Elə 30 ildən artıq tekstil sahəsində çalışan Afət Əliyeva da hazırda Gəncədəki kiçik tikiş sexində 15 nəfər işçisi ilə qonşu ölkənin xammalı hesabına ölkə bazarı üçün yataq dəstləri tikir.
Afət Əliyeva dərzi:Yataq dəstləri və geyimlər tikirik. Bunlar da ölkə bazarı üçün nəzərdə tutulub. Parçalar, düymə, iynə, sap Türkiyədən gətirilir.
Pərvanə İsgəndərova Tekstil məhsullarının istehsalçıları və ixracatçıları Assosiasiyasının idarə heyətinin üzvü:İstehsalçıların keyfiyyətli məhsul əldə etmələri eyni zamanda əhalinin bu məhsullara münasibəti üzərində assosasiya öz işini quracaq. Bu sahədə kadr çatışmazlığı yaşanır. Assosasiya çalışacaq ki, tekstil sahəsinə yeni baxış yaransın. Bu çox önəmli mühüm işlərdən biridir.Mütəxəssislər isə bu sahənin inkişafı üçün yeni texnologiyaların tətbiqi ilə yanaşı potensialdan maksimum istifadə etməyi məqbul sayır.
Səbuhi Yusifov - ATU-nun elm və texnika üzrə prorektoru: Bizim üçün əhəmiyyətli olan odur ki, biz yerli brend adı altında öz məhsullaırmızı buraxaq. Bu gün Azərbaycanın kifayət qədər imkanları var ki, xarici ölkələrdən yüksək texnologiyaları gətirib tətbiq etsin. Bundan sonrakı mərhələdə biz yerli potensialın hesabına formalaşdırmağa çalışmalıyıq.
Muxtar Yusifov - Gəncə-Tekstil ASC-nin istehsalat rəisi: İstehsal etdiyimiz saplar keyfiyyətli dünya standartlarına uyğun saplardır. Sifarişimiz çox olanda lazım olan qədər işləyirik. İstehsalımız özümüzdən asılıdır. Istehsal gücümüz var. Nə qədər lazımdır o qədər işləməyə qadirik.Potensial var, qarşıya çıxan çətinliklərin həllində köməklik edəcək qurum da yarandı. Planlaşdırılanlar reallaşsa qısa vaxt ərzində bazarda yerli keyfiyyətli və münasib qiymətə geyimlər görə biləcik.
- Baxış: 2625