Ötən gecə Gəncədə qanlı olay baş verib. Şəhər sakini 56 yaşlı Bayram Ağayev üzərində kəsici deşici xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. İlkin müayinələrdən sonra xəsarətin daxilə nüfuz etdiyi üzə çıxıb. Yaralı əməliyyat olunub vəziyyəti stabildir. Hələlik Bayram Ağayevin kim tərəfindən və hansı şəraitdə xəsarət aldığı məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 784