Sıradakı süjetimiz həyətində narkotik bitki becərən şəxslə bağlıdır. Deyir, niyyəti yalnız özü üçün istifadə etmək olub. O da əsəblərini sakitləşdirmək üçün. Amma kifayət qədər əsəbsakitləşdirici dərmanların olduğu bu dövrdə narkotik bəlasına düşməklə əsəbləri yalnız tarıma çəkmək olar...Sakitləşdirmək yox.
Abşeron Rayon Polis idarəsinə Saray qəsəbəsində yaşayan 41 yaşlı Vüqar Bağırovun yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə narkotik vasitə əkib becərməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvana baxış zamanı həyətdə aqotexniki qaydada kultivasiya yolu ilə əkib becərilən çətənə kolları aşkarlanıb və bitki çıxarılaraq məhv edilib. Vüqar Bağırovun sözlərinə görə, atası dünyasını dəyişmədən öncə onun sağlamlığı ilə əlaqədar binadakı mənzillərini satıb Saray qəsəbəsində həyət evi alıblar. Sonradan o evin əvvəlki sahibinin narkotik bitki əkdiyindən xəbərdar olub. Dediyinə görə, həyətdə bir neçə dəfə çətənə bitkisi cücərib, ancaq o, bitkini qopararaq atıb. Bu dəfə isə şeytanın oyununa gəlib. Faktla bağlı Abşeron Rayon Polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edilir.
- Baxış: 580