KepezTV Player
Hacıqabulun Talış kəndində ata və oğul Kür çayında bataraq boğulub. Kənd sakini, 43 yaşlı Bəxtiyar Ağavəlizadə günorta saatlarında sərinləmək üçün 2 oğlu ilə birgə kəndin ərazisindən keçən Kür çayına gedib. Çayda çimərkən ata oğli15 yaşlı Fəridin boğulduğunu görüb və ona kömək etmək istəyib. Oğlunu xilas etməyə çalışan ata özü də canından olub. Onun digər oğlu hadisə ilə bağlı dərhal yaxınlarına məlumat verib. FHN-nin Dövlət Sularda Xilasetmənin Salyan məntəqəsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Hər iki meyit tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 838