Bakı Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Cabir Rəhimova məxsus “Niva” markalı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində saxlanılıb.Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə baxış zamanı, yük yerində üzərində Azərbaycanın aksiz markası olmayan 35 min ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 473