• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1852
— 12.07.2017 15:31

“Kəpəz”in əvəzedici komandası təlim-məşq toplanışının ikinci mərhələsinə start verib

KepezTV Player

İlkin mərhələdə komanda ümumi dözümlülük yönündə hazırlaşıb. 10 gün sürən təlim-məşq toplanışı zamanı kollektiv öz aralarında iki yoldaşlıq görüşü keçirib. Bundan başqa toplanışda heyətə yeni cəlb edilən futbolçular yoxlanılıb. Hazırlığın ikinci mərhələsində isə məşqçilər korpusu diqqəti əsasən oyunçuların gücünü artırmağa yönəldiblər.

Azər Məmmədov - “Kəpəz”in əvəzedici komandasının baş məşqçisi : “Hazırlığın ikinci tsikılına başlamışıq. Bu mərhələ də 10 gündən ibarətdir. Gəncə şəhərində gücə işləyib, ardınca sabah Bakıya gedəcəyik. Toplanışın növbəti mərhələsini paytaxtda yekunlaşdıracağıq. Orada əsasən taktiki-texniki yoldaşlıq görüşlərinə üstünlük verəcəyik. Oyunçuların güc dözümlülüyünə də artıracayıq.”

Növbəti mövsüm üçün əsas komandaya 3 oyunçu göndərən dubl heyətə yeni futbolçular da dəvət edib.

Azər Məmmədov - “Kəpəz”in əvəzedici komandasının baş məşqçisi : “Biz Azaldan, 17 və 16 yaşlılardan ibarət komandalarımızdan futbolçular dəvət etmişik. Buna baxmayaraq futbolçular barəsində çətinliyimiz çoxdu. Amma çalıcağıq ki, “Kəpəz” komandasının adını qoruyaq, yaxşı təmsil edək.

Sarı-göylər təlim-məşq toplanışının ikinci mərhələsinda Bakıda Dalğa Arenada məskunlaşacaq. Paytaxtda olduğu müddətdə komanda Qarabağ, Qəbələ və Zirənin əvəzedicləri ilə 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

ORXAN CƏFƏRZADƏ