Göygöldə ilk dəfə təşkil olunan yarışın açılış mərasimində bu idman növünün dünyadakı mövqeyindən və ölkəmizdəki inkişaf mərhələsindən söz açılıb. Daha Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti vəzifəsinə yeni təyin olunan Ceyhun Əşrəfova sertifikat təqdim olunub.
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan 11-ci respublika çempionatı və birinciliyində 18 şəhər və rayondan olan komandalar iştirak edib. Mükafatlar uğrunda mübarizələrdə 140 döyüşçü 8 çəki dərəcəsində mübarizə aparıb.
Yarışın sonunda mükafatçılara fəxri fərman, medal və kubok təqdim olunub.
Qeyd edək ki, pençak-silatın qədim tarixə malik döyüş növü kimi vətəni İndoneziya sayılır. Dünyada pençak-silat təkcə idman növü deyil, incəsənət və yaşam tərzi olaraq da geniş yayılıb.
Azad Rəfi
- Baxış: 724