Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Gəncə sakini, 35 yaşlı Münasib Kərimov müxtəlif bədən xəsarətləri Gəncə Təcili Tibbi Yardım Xəstəxanası yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, Münasib Kərimov qəsəbədəki kafelərin birində kütləvi dava zamanı döyülüb. Ona həmçinin bıçaq xəsarəti yetirildiyi bildirilir. Dava zamanı M.Kərimovun əmisi oğlu yüngül xəsarət alıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
- Baxış: 637