KepezTV Player
Bu il imtahanların təşkilində bir sıra yeniliklər tədbiq edilib. Belə ki, 9 fakultədə təhsil alan 1200-dən artıq tələbə hamısı bir gündə imtahan verib. İki növbədə təşkil olunan imtahanların birinci növbəsində 5, ikinci növbədə isə 4 fakultənin tələbəsi 4 il ərzində qazandığı bilikləri nümayiş etdirib. Yazılı şəkildə götürülən imtahanlarda tələbələrə ixtisaslarına uyğun olaraq fərqli fənnlərdən 5 sual təqdim olunub. Həmin sualların cavablandırılması üçünsə vaxt məhtudiyyəti qoyulmayıb. Şəffavlığın təmin edilməsi üçün bu il həmçinin ilk dəfə olaraq şifrələmə sistemindən istifadə edilib.
- Baxış: 337