KepezTV Player
Lerikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları döyülüb. Belə ki, Lənkəranın köhnə Kirgan kəndinin sakinlərindən ibarət 14 nəfərlik dəstə Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayında moto pilə ilə ağacları kəsib. Bundan xəbər tutan müəssisə rəhbərliyi və əməkdaşları əraziyə yollanıblar və onlardan qırıntının dərhal dayandırılmasını tələb ediblər Bu zaman dəstə üzvləri əllərindəki küt alətlərlə onlara hücum edib. Nəticədə direktor-Eyvaz Babayevin qolu iki yerdən sınıb, gözətçi Adıgözəl Cavadov isə başından ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, Cavadovun başına bir neçə yerdən tikiş qoyulub, Eyvaz Babayevin qolu isə gipsə salınıb.
- Baxış: 647