Gəncə Qalasının, daha dəqiq XVI əsrdə inşa edilən və günümüzədək kiçik bir hissəsi gəlib çanat İç Qalanın tarixi görkəmi bərpa edilir. Bir ildir ki, icrasına başlanılan “Gəncə Qalasının Tarixi Görkəminin Bərpası” layihəsinin ilkin mərhələsi artıq yekunlaşıb. Əməkdaşımız Gülnar Fazilqızı layihə rəhbəri Müzadil Həsənovla bu barədə söhbət aparıb.
Tarixdən də məlum olduğu kimi, XVI-XVII əsrəldə Gəncədə böyük abadlıq və tikinti-quruculuq işləri həyata keçirilib. Həmin dövrdə Gəncə qalası, İç Qala, Narın qala, Xan Sarayı, Xan hamamı kimi memarlıq nümunələri inşa edilib ki, onların heç biri günümüzədək gəlib çatmayıb. Qalan memarlıq nümunələri isə vaxtı ilə mövcud olanın kiçik bir hissəsidir. Məsələn, Xan bağının yayında olan və Şirəlibəy bürcü kimi tanınan bu qala kimi...
Müzadil Həsənov – layihə rəhbəri: “3 kilometrə yaxın olub və Gəncənin mərkəzini əhatə edibdir bu İç qala. Hündürlüyü 8-9-12 metrə çatan 6 möhtəşəm bürc olub. Bu qalan həmin bürcün 6-da bir hissəsidir. Yeri gəlmişkən deyim ki, bu bürc Şirəli bəy bürcü kimi tanınır. Tarixi mənbələrdə və ədəbiyyatlarda bu adla qeyd olunub, lakin əksər xəritələrdə, Şirinbəy bürcü kimi qeyd olunur”.
Gəncənin İç Qalasının vizual olaraq bərpasını hədəfləyən layihənin ilkin mərhələsi artıq yekunlaşıb. Müxtəlif arxiv və tarixi fondlardan, xüsusi ilə Russiya Dövlət Hərbi-Tarix Arxivindən əldə olunan xəritə və materiallar araşdırıldıqdan sonra Qalanın tarixi görkəmi bərpa edilib. İç-Qalanın hər iki sədd divarları, əzəmətli qala bürcləri və müdafiə qüllələri, qala qapıları, qalanı əhatələyən yollar, su xəndəkləri, kanallar və körpülər demək olar ki, ilkin tarixi görünüşündə bərpa edilib. İç qalanın vaxtı ilə yerləşdiyi ərazilər də müəyənləşdirilib.
Müzadil Həsənov – layihə rəhbəri: “Şəhər içərisində şəhər tipli bir şey olub. Yəni xarici qala divarları olub, bir iç qala olub, iç qalanın içərisində isə Narın qala, Ərk qalası deyilən bir şey olub. Ora sırf xan ailəsinə mənsub bir məkan olub. Oda belə xan bağının üst təfəinə düşür. Yəni o ərazilərdə yerləşib. Yeri gəlmişkən onu da deyim ki, Xan sarayı isə indiki Nizami kinoteatrının qarşısında, həmin ərazidə yerləşib ”.
Qeyd olunan tarixi tikililər Gəncənin müasir xəritəsinə də uyğunlaşdırılıb. Daha dəqiq onlar sxem formasında şəhərin peykdən çəkilmiş şəkillərinin üzərinə yerləşdilib. Növbəti mərhələdə xəritənin 3D versiyasının, 4D effektli qısa filmin və İç Qalanın kiçik masaüstü modelinin hazırlanması nəzərdə tutulub.
Gülnar Fazilqızı
- Baxış: 2267