Görülən işlər və qarşıda duran vəzifələr Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutan ümumrespublika müşavirəsində təhlil edilib. Peşə ixtisası verən təhsil müəssisələrinin mövcud vəziyyəti, tədrisin təşkili və keyfiyyəti, maddi-texniki baza, təchizatın yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə danışılıb. Ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadr hazırlığının həyata keçirilməsi, bazaryönümlü peşə təhsil sisteminin yaradılmasının vacibliyi önə çəkilib. Ölkə başçısının fərmanı ilə təsdiq edilən “Peşə təhsili və təliminin inkişafına dair Yol Xəritəsi”nə uyğun olaraq Bakıdakı peşə məktəblərinin 11-nin, Gəncədə isə hamısının rasionallaşdırılaraq əsasən 2 peşə istiqaməti üzrə formalaşdırıldığı diqqətə çatdırılıb.
Famil Mustafayev- Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru: “Regionlarda isə bu daha çox universal peşə təhsili üzrə mərkəzlər olacaqdır. Bu yaxınlarda Nazirlər Kabinetinin qərarı ilə Qəbələ şəhərində 2 peşə məktəbi birləşdirilərək 1 peşə təhsil mərkəzi yaranıb ki, hansı ki, həm turizm və həm də kənd təsərrüfatı sahəsində, həm də digər sahələrdə ixtisaslaşacaq. Əsasən prioritet olan turizm, kənd təsərrüfatı və sənaye sahəsinə olan müəssisələrin yaranması istiqamətində işlər görülür”.
Xaliq Qurbanlı
- Baxış: 1752