KepezTV Player
Şamaxıda bədbəxt hadisə baş verib. Laləzar kəndi ərazisində Göylər kənd sakini, 59 yaşlı Anar Xudaverdiyev “Shacman” markalı yük avtomobilindən tikinti materiallarını boşaldarkən ehtiyatsızlıq edib. Avtomobilin yük yerinin dəmir qapısı qəflətən bağlandığı üçün Anar İbrahimovun başı qapının arasında qalaraq sıxılıb. Zərbənin təsirindən ağır xəsarətlər alan İbrahimov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 643