KepezTV Player
İyunun 22-də Tovuz rayonunun Bozalğanlı kəndində tikintisi hələ başa çatmayan Nizami adına Mədəniyyət evindən 26 ədəd kondisionerin oğurlanması barədə polisə məlumat verilib. Hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat-axtarış işlərinə başlayıblar və Gəncə şəhər sakini 31 yaşlı Tahir Orucov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub. Orucov əməlini boynuna alıb. Saxlanılan şəxs polisə ifadəsində bildirib ki, qarət etdiyi kondisonerlərin hamısını Gəncədəki mağazalara satıb və əldə etdiyi pulu xərcəyib. Fakt araşdırılır.
- Baxış: 576