• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1134
— 27.06.2017 14:57

Havaların qeyri-sabit keçməsi taxılçılığa da öz mənfi təsirini göstərib

KepezTV Player

Artıq 10 gündür Göygöldə taxıl biçininə başlanılıb. İstehsalçılar bu il bol məhsul gözləsələr də bir neçə gün öncə güclü leysan və dolu rayonda ümumi məhsul yığımın göstəricilərini aşağı salıb. Rayonda taxıl biçinini vaxtında və itkisiz həyata keçirmək üçün operativ qərargah yaradılıb.

Adil Kərimzadə- Göygöl Kənd Təsərrüfatı İdarəsinin bitkiçilik sektorunun baş məsləhətçisi: “Göygöl rayonu ərazisinə yağan güclü dolu nəticəsində rayonun 8 kəndinə ciddi ziyan dəyib. Bu da əsasən taxıl, meyvə- tərəvəz və digər bitkilərə ziyan vurub. Elə ərazilər var ki, taxıl yüz faiz məhv olub. Həmin məhv olan ərazilərdə yüksək məhsul gözlənirdi”.

Hazırda aparılan biçindən ümumu rayon üzrə hər hektardan 24 sentner məhsul yığılır. Ötən il isə bu rəqəm 25 olub. Bu il rayonun 4 min ha suvarılan, 4787 ha dəmyə torpaqlarına  taxıl əkilib ki, həmin ərazilərdə paralel olaraq taxıl biçini aparılır. İndiyə kimi rayonda 750 ha arpa biçinindən 18 min ton məhsul yığılıb. Bu il Göygöldə ötən illərə baxanda daha çox əkilən arpa sortu isə öz məhsuldarlğı ilə seçilir”.

Aqrar rayon olan Göygöldə bu il 2035 ha əraziyə arpa əkilib. Arpa əsasən “Qarabağ 22” sortudur. Bu sortun üstünlüyü ondan ibarətdir ki, dəmyə şəraitində 35-40 sentner məhsul götürmək mümkündür.

Göygöl rayonun da aparılan taxıl biçinini kompaniyasını mütəşəkkil təşkil etmək üçün rayon kənd təsərrüfatı idarəsində təşkil edilən operativ qərargahda taxıl biçini ilə bağlı qarşıya çıxan problemlər tez və vaxtında həll olunur. Taxıl biçini üçün ayrılan 25 ədəd kombaynın saz vəziyyətdə olması da ciddi nəzarət altındadır.

Adil Kərimzadə- Göygöl Kənd Təsərrüfatı İdarəsinin bitkiçilik sektorunun baş məsləhətçisi: “Rayonda 8787 ha ərazidə taxıl əkini aparılıb. Bunun 6752 ha buğda, 2034 ha arpadır. Taxıl biçini ilə bağlı teknika ilə bağlı heç bir problem yaşanmayıb. 25 ədəd kombayn var ki, bunun 15-i “Aqroservis”in digərləri isə hüquqi, fiziki şəxslərindi”.

Rayonda bu il 1300- dən artıq istehsalçı taxıl əkib. Biçindən bu il yüksək məhsuldar nəticələr əldə edən fermerlər də var.

Aydın Cəfərov- fermer: “Göygöl rayonu ərazisinə 266 ha taxıl əkmişəm. Onun 43 ha arpa, qalanı buğdadır. Mən əkdiyim  buğda  “Aran” və “Azəri” sortlarıdı. Arpa isə “Qarabağ 22” sortudur. Məhsuldarlıq yaxşıdır. Hazırda indi bir hektar taxıl biçmişəm, 4 tona yaxın məhsul götürmüşəm, bu əladır”.

Göygöl rayonunda suvarılan və dəmyə torpaqlarda taxıl əkildiyi üçün biçin avqust ayının birinci on günlüyündə başa çatacaq. Biçin prosesi başa çatdıqdan sonra payızlıq əkinə hazırlıq məqsədilə torpağa aqrotexniki qulluq edilərək şumlama işləri aparılacaq.

Elnur Vahidoğlu