Göygöl rayonunda Dövlət Qulluqçularının peşə bayramı qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Ölkədə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı islahatlardan, inzibati sistemin tənzimlənməsinə dair kifayət qədər qəbul olunan qanunlardan, dövlət qulluğunun normativ hüquqi bazasının yaradıldığından söz açılıb. Hazırda rayonda 300-ə yaxın dövlət qulluqçusu çalışır. Onlardan 6 nəfəri dövlət qulluğunda səmərəli fəaliyyətinə görə orden və medallarla təltif olunub. Bu il isə ölkə preizdentinin sərəncamı ilə daha bir nəfər – Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova ordenlə mükafatlandırılıb. Tədbirdə rayonun ictimai, siyasi və mədəni həyatında fərqlənən şəxslərə fəxri fərmanlar təqdim olunub.
Samux rayonunda da Dövlət qulluqçuları peşə bayramı tədbirinə ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. “Dövlət qulluğu” anlayışının Konstitusiyada əksini tapdığı, dövlət qulluğuna qəbulun Azərbaycan modelinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mütərəqqi və səmərəli bir model kimi qəbul edildiyinə diqqət çəkilib. Hazırda Samuxda çalışan 200-ə yaxın dövlət qulluqçusunun 30-a yaxını dövlət qulluğuna son illərdə qəbul olunub. Dövlət qulluqçuları sırasında orden və medalçıların sayı 10-u ötüb. Bu il isə rayon icra hakimiyyətinin şöbə müdiri Rövşən Qurbanov ordenlə təltif edilib. Tədbirdə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup şəxslərə fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim olunub.
Natiq Hüseyn
- Baxış: 529