Çinin OnePlus şirkəti rəsmi olaraq flaqman OnePlus 5 smartfonunu nümayiş etdirib. Aparat 5.5 düymlük FullHD genişliyində AMOLED ekran, Qualcomm Snapdragon 835 prosessoru, 6 ya da 8 Qb operativ, 64 ya da 128 QB daxili yaddaşa yiyələnib. Yeni OnePlus tamamilə iPhone 7 Plusu xatırladır. Hətta iPhone 7 Plus kimi OnePlus 5 də iri bucaqlı və teleobyektivli ikili əsas ekran əldə edib. Həmin modulların genişliyi 16 və 20 meqapikselə bərabərdir. Qarşı kamera isə 16 Mp-dir. Deyilənə görə, yeni smartfon OnePlus 3T-dən 40%-dan daha tez foks etmək qabiliyyətindədir. İstifadəçilər həmçinin RAW formatında da çəkiliş edə bilərlər. İki simkartı dəstəkləyən OnePlus 5 qulaqcıqlar üçün 3,5 düymlük dəliyə malikdir. Batareya həcmi isə əvvəlikdən bir qədər azdır: 3300 mAs. 153 qramlıq OnePlus 5 Avropa və ABŞ-da 27 iyundan satışa çıxarılacaq. Qara və boz rənglərdə təklif olunacaq smartfon 6 Qb operativ və 64 Qb daxili yaddaşla 479 dollara, müvafiq olaraq 8 və 128 Qb-lıqla isə 539 dollara satılacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 436