KepezTV Player
Bakının Xəzər rayonunda iki nəfər öz kürəkənləri tərəfindən döyülüb. Hadisə Binə qəsəbəsinin "Südçülük sovxozu" kimi tanınan ərazisində qeydə alınıb. 60 yaşlı Aftandil Səlimov və 61 yaşlı Əli Məmmədov yaşadıqları evdə kürəkənləri ilə şəxsi münasibətlər zəminində mübahisə ediblər. Mübahisə sonda əlbəyaxa dava çıxıb. Nəticədə hər iki şəxs döyülürək ağır bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 568