• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1877
— 22.06.2017 11:50

İki il əvvəl baş verən oğurluğun üstü açıldı

KepezTV Player

Abşeron polisi iki il əvvəl baş verən oğurluq hadisəsinin üstünü açıb. 2015- ci ilin noyabr ayında Xırdalan şəhərində yaşayan 4 sakin Abşeron Rayon Polis İdarəsinə müraciət edərək evlərinin qarət olunmasından şikayətləniblər. Məlum olub ki, naməlum şəxs 4 evə girsə də birindən oğurluq edib. Əməliyyatçılar cinayəti törətməkdə şübhəli bilinən Mehdiabad qəsəbə sakini 23 yaşlı Kamran İsmayılovu saxlayıblar. O, valideynləri ilə birgə qəsəbədə yaşasa da, iki il əvvəl evlərində tikinti işləri aparıldığından 4 ay Xırdalanda kirayədə qalıblar. Elə oğurluğu da həmin müddət ərzində törədib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam edir.

Zülfiyyə Telmanqızı