Çində Rusiya istehsalı olan 3-cü nəsil YotaPhone smartfonu təqdim olunub. İki ekranlı aparatın xarakteristikası barədə məlumat yoxdur. Onun payız aylarında satışa çıxacağı gözlənilir. Aparat BaoliYota Technology, Yota Devices və Çinin China Baoli şirkətlərinin birgə əməyidir. Bilinən odur ki, YotaPhone 3 sələfi kimi iki müstəqil ekrana sahibdir – adi rəngli və elektron mürəkkəb texnologiyasından istifadə edən qara-ağ rəngli. Yenilik iki variantda olacaq: 64 ya da 128 Qb daxili yaddaşla. Onlar da müvafiq olaraq 350 və 450 dollara bazara çıxarılacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 796