İşıqlı şoular və art-qurğular hazırlayan Fransanın THEORIZ studiyası reallıqla qarışıq otaq nümayiş etdirib. Burada virtual və əlavə reallığı xüsusi eynək və kontroller olmadan belə istifadə etmək olar. Fransızlar tərəfindən ərsəyə gətirilən otaqda quraşdırılmış proyektorlar hesabına döşəmədə və divarda virtual reallıq obyektləri görüntülənir və bu otaqda olan kəs heç bir əlavə qurğudan istifadə etməməklə onlarla kontaktda ola bilər. Ancaq bu sistem yalnız bir istifadəçi üçün nəzərdə tutulub. əgər otaqda başqa biri də olsa o zaman o, görüntüləri təhrif olunmuş formada görəcək.
Cavanşir Məmmədzadə
- Baxış: 503