Wheelys adlı İsveç şirkətinin ərsəyə gətirdiyi avtomatlaşdırılmış hərəkət edən Moby mağazası Çinin Şanxay şəhərində peyda olub. Moby təkərlər üstündə o qədər böyük olmayan pavilyondan ibarətdir və günəş batareyalarından enerji alır. Moby mağazasının alıcısı olmaq üçün smartfona xüsusi proqram yükləmək və ona bank kartını yaxınlaşdırmaq lazımdır. Mağaza sutka ərzində müəyyən edilmiş küçələrdə hərəkət edir və istifadəçi onu, smartfon vasitəsilə taksi kimi çağıra da bilər. Smartfon həm ona görə lazımdır ki, onunla içəri girmək və seçilmiş malların ştrix-kodunu skan etmək mümkün olsun. Mağazadan çıxarkən proqram avtomatik şəkildə kartdan müəyyən məbləği çıxır. Daxili sensorlar hərəkət edən mağazada malların sayını izləyir və məhsul az olduqda onu anbara göndərir. Onun yerini isə digər şütüyən mağaza tutur. Moby meqapolisdə hələlik test mərhələsindədir. Ancaq qısa zamanda bu tip alış-veriş obyektləri, adi mağazaları olmayan kiçik şəhərlərdə və kənd yerlərində tətbiq oluna bilər. Mağazanın təqribi qiyməti 30 min dollardır, bu qiymətə xidmət haqqı daxil deyil.
Cavanşir Məmmədzadə
- Baxış: 502