Gəncə şəhərində mənzildə qadın meydi tapılıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb. Evə daxil olan xilas edicilər 83 yaşlı Almaz Cəlilovanın cəsədini aşkar edib və qadının meydi aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 691