Göygöl Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə rayonda 560-a yaxın tibb işçisi, 151 çarpayılıq səhiyyə ocağı, 2 kənd sahə xəstəxanası, 10 həkim və 23 tibb məntəqəsinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Ötən il 1 nəfər əməkdar həkim adına layiq görülüb. 1 həkim isə səhiyyə əlaçısı döş nişanı ilə mükafatlandırılıb. Göygöldə səhiyyə ocaqlarının maddi- texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən də danışılıb. Bunun həkimlərin iş şəraitinin yaxşılaşmasına və yerli həkimlərə müraciətlərin sayının çoxalmasına şərait yaratdığı deyilib. Tədbirdə qabaqcıl tibb işçilərindən bir qrupu fəxri fərmanla mükafatlandırılıb.
Şəmkirdə tibb işçilərinin peşə bayramı günü əhalinin sağlamlığının keşiyində dayananlar fəaliyyətlərində onlara yaradılan imkanlardan danışıblar. Rayon Mərkəzi Xəstəxanası ilə yanaşı 3 qəsəbə və 4 kənd sahə xəstəxanası, 32 həkim və 27 tibb məntəqəsində 2500-ə yaxın tibb işçisi çalışır. Şəmkirdə Ələsgərli, Sabirkənd və İrmaşlı kənd həkim məntəqələri üçün yeni bina inşa olunub. Qaracəmirli, Qapanlı və Könüllü kənd həkim məntəqələrinin mövcud binaları isə əsaslı şəkildə yenilənib. Bundan başqa Rayon Mərkəzi Xəstəxanasının Şüa Diaqnostika Kabineti və Yolxucu Xəstəliklər şöbəsi də günün tələbləri səviyyəsinə çatdırılıb. Hazırda rayonda Xəstəxana kompleksinin və Atabəy kəndində tibb məntəqəsinin inşası davam etdirilir. Rayonda 1 nəfər tibb işçisi əməkdar həkim adına layiq görülüb. Tədbirdə səhiyyə işçilərinin bir qrupuna hədiyyələr təqdim olunub.
Natiq Hüseyn
- Baxış: 516