Bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvləri də rəqiblərini tanıyıblar. Belə ki, 90 kq çəki dərəcəsində çıxış edən Rüfət İsmayılovla Tural Səfquliyev yarışa 1/8 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq, serbiyalı və çilili həmkarları ilə güləşəcəklər. 100 kq çəki dərəcəsində mübarizə aparacaq Cəlil Şükürovun da rəqibi Çilidən olacaq. Cüdoçularımızın hər üçü iyunun 18-də tatami üzərinə çıxacaqlar.
Orxan Cəfərzadə
- Baxış: 356