KepezTV Player
Salyan rayonunun Beştalı kənd sakini Rasimə Nuriyevaya məxsus iki otaqlı, 1 eyvanlı fərdi yaşayış evi anidən alovlanıb. Həmin vaxtı həyətdə olan ev sahibi baş verənləri görən kimi, Fövqəladə Hallar Nazirliyinin Salyan yanğından mühafizə hissəsinə məlumat verib. Hadisə yerinə iki yanğısöndürən maşın və canlı qüvvə cəlb edilib. Göstərilən cəhdlərlə yanğın söndürülsə də, ev içərisindəki əşyalarla birlikdə yanaraq, kül olub. Ev sahibi isə yüngül yanıq xəsarəti alıb;Yanğının elektrik naqillərində baş verən qısaqapanmadan baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 366