• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1436
— 15.06.2017 15:29

Milli qurtuluşa gedən yolda ulu öndərin dəstəkçisi olan bu şəxsi siz də tanıyın...

KepezTV Player

Milli qurtuluşa gedən yolda ulu öndər Heydər Əliyevə dəstək olanlardan, ictimai fəallıq göstərənlərdən biri də Azərbaycan Dövlət Aqrar Universitetinin kaferda müdiri Arif Hüseynovdur. İndi onunla tarixə nəzər salacağıq. 

Arif Hüseynov- ADAU-nun kafedra müdiri: “ABŞ dövlətinin yaradıcısı Corc Vaşinqtonun qəbri üstə belə bir kəlam yazılıb. Döyüşdə birinci, xalqın qəlbində birinci. Bu sözlər Heydər Əliyevə çox yaraşır. Həmişə birinci olub, xalqın qəlbində də birincidir”.

Arif müəllimlə ümummili lider Heydər Əliyevin ilk tanışlığı 1975-ci ildə Yevlaxda pambıqçıların konfransına təsadüf edir. Ardından Gəncədə 1977-ci ildə Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun 50 illik yubileyində də dahi şəxsiyyətlə görüşmək imkanı yaranıb.

Bundan bir neçə il sonra Heydər Əliyevə sevgi və sadiqlik göstərərək Gəncədə YAP-ı və blokadada olan Naxçıvana kömək üçün yaradılan “Naxçıvan cəmiyyəti”ni yaradanlardan olub.

Arif Hüseynov- ADAU-nun kafedra müdiri: “Daxildən bu adama olan sevgimi büruzə vermək üçün alışıb yanırdım ki, nə isə edim, bir xidmətim olsun. 12 vərəqli bir dəftər götürüb siyahı tutmaq istədim ki, burada Heydər Əliyevin partiyasını yaratmaq istəyirik. Çox adam kənara qaçırdı, yaxın gəlmirdi. Amma hər halda yaxın duran oldu və burada biz oktyabr ayında YAP-ın təsis konfransını keçirə bildik və YAP-ın ilk rüşeymini yarada bildik”.

Azərbaycan dağılmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda da üzünü Naxçıvana tutanların sırasında olub Arif Hüseynov. Xalqın ümid yeri olan Heydər Əliyevin yenidən hakmiyyətə gəlməsi isə Azərbaycanın günəş kimi doğmasını şərtləndirib. 

Elnur Vahidoğlu