• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 946
— 15.06.2017 10:50

Bu krossoverlər keyfiyyətsiz qaynağa görə geri çağrılır

Ford diler mərkəzləri 240 avtomobilini geri çağırmalı olub. Söhbət 2014-cü ilin mart ayından dekabr ayınadək Rusiya Federasiyasında yığılan Ford Explorer krossoverlərindən gedir. Keyfiyyətsiz qaynaq arxa təkərləri tənzimləyən iki lingdə çatların yaranma ehtimalını artırır. Nəticədə maşın üzərində idarəetmə nəzarəti itə bilər. Servisdə isə hər iki lingi əvəzləmək, onların quraşdırılma künclərini yoxlamaq və arxa təkərləri tənzimləmək mümkündür. Bütün bu işlər avtomobil sahiblərinə pulsuz başa gələcək. Yeri gəlmişkən, 2016-cı ilin Ford Explorer krossoveri Rusiyada ən populyar iri krossover seçilib və bu ölkədə ondan 1532 ədəd alınıb. Şimal qonşumuzda Ford Explorerin qiyməti təxminən 48 min dollardan başlayır.

Cavanşir Məmmədzadə