Göygöl Rayon Polis Şöbəsinin rəisi Bahadur Şükürov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Şöbədən “ARB Kəpəz”ə verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Göygöl Rayon Polis Şöbəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq əməliyyat işləri üzrə rəis müavini Vəfadar Orucova həvalə edilib. Bahadur Şükürov 2015-ci ildə Ağsu RPŞ-nin rəisi vəzifəsindən Göygöl RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.
Natiq Hüseyn
- Baxış: 2728