Şəkildə gördüyünüz, Daşkəsən rayonu Çıraqlı kənd sakini, 03.08.1998-ci il təvəllüdlü Məmmədova Aynur Rasim qızı may ayının 24-ü gecə saat 3 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Ən son məlumatlara görə, Bakı şəhəri, Suraxanı rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən kafelərdən birində işləməklə, həmin qəsəbədə qalır. Onun xüsusi əlamətləri: boyu 166 sm, orta bədən quruluşlu, saçları qara, gözləri qonurdur. Evdən çıxarkən əynində göy rəngli cins şalvar, qəhvəyi rəngli köynək, qara rəngli yun gödəkçə, qara rəngli yay ayaqqabısı olub. Şəxsi görənlərdən, barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə və ya 02221-5-30-59, 050-265-80-02, 055-300-97-64 nömrəli telefonlara zəng etmələri xahiş olunur.
- Baxış: 951