Kickstarter kraudfandinq platformasında rəqəmsal Mixxtape pleyerinin istehsalı üçün maddi vəsait yığmaq mümkün olub. Qurğu, audiokassetlərin populyar olduğu dövrlərdə yaşayanlar üçün nostalji hisslər bəxş edəcək. Mixxtape məhz kasset formasında hazırlansa da, içərisinin lentindən məhrum olub. Cihaz tamamilə adi audiopleyerdən ibarətdir və bir çox formatları dəstəkləyir. Faylları yükləmək üçün onu əvvəlcə USB vasitəsilə personal kompüterə qoşmaq lazımdır. Fayllar microSD kartında saxlanılır. Yeri gəlmişkən komplektə 8 Qb-lıq kart daxildir. Qurğu kiçik sensorla idarə olunur, 330 mAs həcmli batareya isə 12 saat işləməyə imkan verir. Mixxtape faylları 3 rejimdə işə salır. Birincidə pleyerin 3,5 mm-lik dəliyinə qulaqcıq taxmaqla musiqiyə qulaq asmaq olar. İkincidə musiqi naqilsiz qulaqcıq və ya səsgücləndiciyə bluetooth vasitəsilə ötürülür. Üçüncü rejimdə isə qaceti o vaxtkı kimi kasset pleyerinə ya da maqnitafona yerləşdirmək və işə salmaq olar. İndiyəqədər Mixxtape üçün 85 min dollar pul yığılıb. Halbuki istehsal üçün 10 min dollar da kifayə edirdi. 21 iyundan artıq ilk bu tip pleyerlərin hazırlanmasına başlanacaq. İlk çatdırılmalar isə noyabra təyin olunub. Pleyerin sifariş qiyməti 40 dollardır, satışa çıxarılandan sonra bu dəyər 80 dollara kimi qalxacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 894